“GÜNÜMÜZÜN USTAD AŞIQLARI” SERİYASINDAN NƏŞR OLUNMUŞ KİTABLAR TƏQDİM OLUNACAQ
2017-ci il iyulun 5-də saat 15:00-da M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Günümüzün ustad aşıqları” seriyasından işıq üzü görmüş kitabların təqdimatı olacaq. Xatırladaq ki, ötən ilin sonlarından başlyaraq “Günümüzün ustad aşıqları” seriyasından hazırda yaşayıb-yaradan doqquz ustad aşıq haqqında kitab buraxılıb.