AŞIQ HAVALARININ SAZ VƏ ROK MUSİQİSİ İLƏ SİNTEZDƏN İBARƏT “SƏS EKSPERİMENTLƏRİ” ADLI KONSERT KEÇİRİLİB

İyun ayının 30-da “Yarat” Muasir İncəsənət Mərkəzində “Səs eksperimentləri” adlı konsert keçirilib. Adından da göründüyü kimi, ilk dəfə keçirilən və eksperiment xarakteri daşıyan bu konsert kalssik aşıq havalarının caz və rokla sintezinə həsr olunub. Daha doğrusu, bir sıra klassik aşıq havaları caz və rokla sintez halında tamaşaçılara təqdim olunub.