AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
AŞIQLAR  BİRLİYİNİN HAZIRLADIĞI “AŞIQ TƏCNİSLƏRİ” ADLI ANTOLOGİYA İŞIQ ÜZÜ GÖRÜB
Featured

AŞIQLAR BİRLİYİNİN HAZIRLADIĞI “AŞIQ TƏCNİSLƏRİ” ADLI ANTOLOGİYA İŞIQ ÜZÜ GÖRÜB

20.06.2022

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanmış daha bir kitab işıq üzü görüb. “Aşıq təcnisləri” adlanan bu şeir antologiyası ilkin cinaslı nümunələrdən günümüzə qədərki ustad aşıqların yaradıcılığından ən mükəmməl örnəkləri – Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Şəmkirli Hüseyn, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir kimi nəhəng söz ustadlarından üzü bu yana – XX yüzilliyin ustad aşıq və təcnisə meyil göstərən saz şairlərinə qədər çoxsaylı qələm sahiblərinin təcnis yaradıcılıqlarından nümunələri əhatə edir.

Kitabda 120-dən çox saz-söz ustadının otuza yaxın təcnis çeşidini əhatələyən beş yüzə qədər örnək yer alıb. Onu da qeyd etmək lazımdır ki, zəngin cinas örnəkləri və biçimlərini əhatələyən belə poetik nümunələr indiyə qədər toplu səviyyəsində bir yerə yığılıb antologiya kimi çap olunmayıb. “Aşıq təcnisləri” bu sahədə ilk təşəbbüs və mübaliğəsiz demək olar ki, ilk uğurlu addımdır.

Sənət meydanında söz yükünün möhtəşəmliyini əhatələyən bu örnəklər xalqın dil zənginliyinin əvəzsiz göstəricisi olaraq da böyük əhəmiyyət kəsb edir. Belə bir zəngin xəzinənin bir araya gətirilərək antologiya səviyyəsində gələcək nəsillərə çatdırmaq ən ümdə məsələlərdən biri kimi uzun illər aşıqşünasların qarşısında durmuşdur.

Kitabın elmi məsləhətçisi və nəşrə hazırlayanlardan biri, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi, mürəkkəb məzmun və forma zənginliyi ilə səciyyələnən təcnislər bu adla sənət aləmində tanınacaq “təcnis ustadları”nı formalaşdırmışdır: “Azərbaycan aşıq poeziyasının və saz havalarının içərisində poetik dolğunluğu və melodik təkrarsızlığı ilə seçilən “təcnis” şeir biçimi və “Təcnis” saz havası həm onun yaradıcı və ifaçısının, həm də dinləyici və oxucusunun yüksək səviyyədə duyğu, düşüncə və qavrayış həssaslığına malik olmasını tələb edir.

...Mənsub olduğu xalqın dilinə dərindən bələd olmadıqda, ayrı-ayrı söz, deyim və ibarələrin üslubi incəliklərinin ilk baxışdan sezilməyən alt qatlarına baş vura bilmədikdə təcnis sənətkarlığının ecazlarını nümayiş etdirmək mümkün deyildir. Ustad aşıqlarımız, saz şairlərimiz məhz sözü gedən poetik-üslubi gözəllikləri kəşf edib ortaya çıxarmaqla öz istedadları gücünə ağıl və könül qüdrətlərini ortaya qoyublar”.

Yuxarıda da qeyd etdiyimiz kimi, ilk dəfə işıq üzü görən antologiya saz-söz sənətinə yeni gələn gənclər üçün aşıq təcnisləri ilə bağlı üz tuta biləcəkləri ən etibarlı mənbə olmaqla yanaşı, eyni zamanda folklorşünas tədqiqatçılar, müvafiq sahə üzrə təhsil alan ali və orta ixtisas məktəbi tələbələri üçün də qiymətli vəsaitdir.

Nəfis tərtibatla və 1000 tirajla nəşr olunmuş “Aşıq təcnisləri” antologiyasının elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar professorlar Məhərrəm Qasımlı və Mahymud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

Tovuzda aşıq konserti
Featured

Tovuzda aşıq konserti

06.06.2022

Ağstafa Regional Mədəniyyət İdarəsinin (RMİ) Tovuz rayon Nizami adına Mədəniyyət Mərkəzində Tovuz, Qazax, Ağstafa aşıqlarının iştirakı ilə konsert proqramı keçirilib.

RMİ-nin təşəbbüsü və təşkilatçılığı, Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən konsertdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev, Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, şair Barat Vüsal, tanınmış aşıqlar, rayonun mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar mərkəzin foyesində təşkil olunmuş klassik aşıqların şəxsi əşyaları, müxtəlif konsertlərdə çıxışlarını əks etdirən fotolar, təltifləri və onların haqqında yazılmış və özlərinin müəllifi olduğu kitablardan ibarət sərgiyə baxıblar.

Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxış edərək ölkəmizdə aşıq sənətinə verilən qiymətdən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sənətə diqqət və qayğısından söz açıblar. Bildirilib ki, aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də bu diqqətin bariz nümunəsidir. Çıxışlarda həmçinin bölgə aşıqlarının iştirakı ilə keçirilən bu tipli tədbirlərin regionda aşıq sənətinin inkişafına töhfə vermək baxımından əhəmiyyəti vurğulanıb.

Sonra konsert proqramı təqdim olunub. Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq musiqi məktəbinin “Misri” ansamblı, aşıqlardan Şəmşəd Elmanoğlu, Günel Tovuzlu, Samir Cəlaloğlu, Eldar Əsədoğlu, paytaxtdan dəvət olunmuş Şəhriyar Qaraxanlı, Elməddin Tovuzlu və başqaları aşıq havalarını ifa edib, dastanlardan parçalar səsləndiriblər.

[bt_slider uid="1654522346-629e01ea81211" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/_1654321485.jpg" title="_1654321485.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/_1654321456.jpg" title="_1654321456.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/_1654321462.jpg" title="_1654321462.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/_1654321466.jpg" title="_1654321466.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/_1654321479.jpg" title="_1654321479.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/_1654321475.jpg" title="_1654321475.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/_1654321472.jpg" title="_1654321472.jpg" link="" parent_tag="slider"][/bt_slider]

SUMQAYITDA ŞƏHİD AİLƏLƏRİ  VƏ QAZİLƏRLƏ AŞIQLARIN GÖRÜŞÜ KEÇİRİLİB
Featured

SUMQAYITDA ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ AŞIQLARIN GÖRÜŞÜ KEÇİRİLİB

19.05.2022

2022-ci il may ayının 17-də Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı İLƏ Sumqayıt şəhərində “Bakıdan Şuşaya Zəfər yolu çəkən şəhidlər” adlı ədəbi-bədii gecə keçirilib. 100-ə yaxın şəhid ailəsi və qazilərin iştirakı ilə keçirilən tədbri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt bölməsinin rəhbəri Qənirə Mehdixanlı açaraq tədbirin keçirilməsində əsas məqsədin 44 günlük müharibədə Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad etmək, onların ailələrinə mənəvi dəstək vermək olduğunu bildirib.

Sonra AAB-nin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, aşıq Altay Məmmədli çıxış edərək AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının salamlarını tədbir iştirakçılarına çatdırıb. Ulu Vətən savaşında şəhid və qazilərimizin göstərdikləri igidliklərdən söz açan Altay Məmmədli qələbənin əldə olunmasında Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin polad iradəsinin, qətiyyətli qərarlarının mühüm rol oynadığını xüsusi vurğulayıb. O, həmçinin qeyd edib ki, müharibənin getdiyi ərəfədə və qələbəmizdən sonra Azərbaycan Aşıqlar Birliyi və “Mədəniyyət” televiziya kanalının birgə layihəsi olan “Saz-söz axşamı” verilişinin 10-dan çox buraxılışı igidlərimizin qəhrəmanlığına həsr olunub. Həmin günlərdə Qarabağda vuruşan oğullara həsr olunmuş çoxsaylı aşıq mahnıları efirdə səslənib.

Tədbirdə Sumqayıt ziyalıları, şairlər və mətbuat işçiləri də çıxış ediblər. Onlardan Ofeliya Babayeva, Leyla Hüseynova, Arzu Göytürk, Elbrus Qayalı, Namiq Dəlidağlı, Aygün Hacıyeva, Xatirə Fərəc, Solmaz Cahangirova və digərləri 44 günlük müharibədə xalqımızın qələbəsi ilə bağlı ürək sözlərini söyləyiblər.

Şəhid ailələri adından çıxış edən şəhid anası Leyla Əhmədova “Vətən sağ olsun” deyərək, övladlarının göstərdikləri şücaətə görə bu gün qürur duyduqlarını bildirib.

Tədbirdə aşıqlardan Təbriz Vəliyev, Şahniyar Mikayıloğlu, Çərkəz Qurbanov, Əli Zeynalabdinov, Əli Vüqaroğlu, Həvva Nəsibova, Arif Məmmədov, Nəcəf Kəlbəcərli, ustad balabançı, fəxri mədəniyyət işçisi Ələkbər Ələkbərov və digərləri şəhid və qazilərimizə ithaf olunmuş sözləri və vətənpərvərlik mövzusunda olan digər şeirləri müxtəlif aşıq havaları üstündə ifa ediblər.

Tədbirin sonunda şəhid ailələri ilə xatirə şəkli çəkdirilib.

[bt_slider uid="1652967669-628648f5c7fa5" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-19 at 14.54.51.jpeg" title="WhatsApp Image 2022-05-19 at 14.54.51.jpeg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-19 at 14.54.52.jpeg" title="WhatsApp Image 2022-05-19 at 14.54.52.jpeg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-19 at 14.54.50.jpeg" title="WhatsApp Image 2022-05-19 at 14.54.50.jpeg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-19 at 14.54.53.jpeg" title="WhatsApp Image 2022-05-19 at 14.54.53.jpeg" link="" parent_tag="slider"][/bt_slider]

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNİN QARABAĞDAN OLAN GƏNC VƏ İSTEDADLI ÜZVÜ
Featured

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNİN QARABAĞDAN OLAN GƏNC VƏ İSTEDADLI ÜZVÜ

17.06.2022

Azərbaycan Aşıqlar Birliyi daim gənclərə qayğı göstərir, istedadlı gənclərin üzə çıxarılması istiqamətində axtarışlarını davam etdirir. Bunun nəticəsidir ki.ölkəmizin ayrı-ayrı bölgələrində olan istedadlı saz-söz həvəskarları və aşıq sənətinə maraq göstərən gənclərin sayı getdikcə artmaqdadır. Bu gün belə istedadlı gənclərə paytaxt Bakı şəhəri ilə yanaşı vətənimizin hər mahalında rast gəlmək olar. Onlardan biri də Ağcabədi rayonunun Hacıbədəlli kəndindən olan Zamin Sərdar oğlu Həsənlidir.

Bakı Humanitar kollecində oxuyan Zamin uşaqlıqdan aşıq sənətinə meyil göstərib. Gənc olmasına baxmayaraq, o, kifayət qədər zəngin repertuara malikdir və özünün işıqlı sabahına böyük ümidlər oyadır.  Azərbaycan Aşıqlar Birliyi digər istedadlı gənclərimiz kimi, ona da öz qayğısını əsrgəmir, bir sənətkar kimi yetişməsi üçün lazım olan dəstəyi göstərir.

  Zamin Sərdaroğlu yaxın günlərdə AzTV və Aşıqlar Birliyinin birgə layihəsi olan “Yeni aşıq səsləri”ndə uğurla çıxış etmişdir. Zəngin repertuarı,istedadlı ifa tərzi və aşıqlıqla  bağlı bilgilərinə görə Zamin Sərdaroğlu istisna hal kimi Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul olunub. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bu münasibətlə onu təbrik edərək üzvlük vəsiqəsini təqdim edib, sənətin çətin, lakin şərəfli yollarında gənc aşığa uğurlar arzulayıb.

WhatsApp Image 2022-06-17 at 14.19.28.jpeg

WhatsApp Image 2022-06-17 at 14.19.26.jpeg

 

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI AŞIQ KAMANDAR ƏFƏNDİYEVƏ HƏSR OLUNACAQ
Featured

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI AŞIQ KAMANDAR ƏFƏNDİYEVƏ HƏSR OLUNACAQ

01.06.2022

Bu il Borçalı aşıq mühitinin görkəmli nümayəndəsi, XX əsrin ikinci yarısında Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri olmuş ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illik yubileyi tamam olur. Bu böyük sənətkarın yubileyinin yüksək səviyyədə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb və artıq bu istiqamətdə ilk addımlar atılmaqdadır.

Azərbaycan Aşıqlar Birliyinin “Mədəniyyət” televiziya kanalı ilə birgə layihəsi olan “Saz-söz axşamı” verilişinin bir buraxılşının bütövlükdə Aşıq Kamandara həsr olunması nəzərdə tutulur. Yaxın günlərdə efirə gedəcək verilişdə Aşıq Kamandarın özsünəməxsus sənət yolundan söz açılacaq, aşıqlardan Avdı Musayev, Şaiq İncəli, Telli Borçalı, Əşrəf Qəriboğlu, Qabil Abdıyev və Ramin Qarayev ustadın repertuarına müraciət edərək yaratdığı havaları və poetik yaradıcılığından nümunələri, eləcə də ona həsr olunmuş şeirləri ifa edəcəklər.

ŞUŞADA KEÇİRİLƏN “XARIBÜLBÜL” BEYNƏLXALQ FOLKLOR  FESTİVALINDA AŞIQLAR DA UĞURLA ÇIXIŞ EDİBLƏR
Featured

ŞUŞADA KEÇİRİLƏN “XARIBÜLBÜL” BEYNƏLXALQ FOLKLOR FESTİVALINDA AŞIQLAR DA UĞURLA ÇIXIŞ EDİBLƏR

16.05.2022

2022-ci il may ayının 12-13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqili folklor yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu ideyasını bütün dünyaya çatdırıb. Festivalın açılışındakı çıxışında bu ideyanın tarixi əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu, 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.

Festivalın açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx təqdim edilib.

Festivalda digər mədəniyyət təşkilatlarının nümayəndələri ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin təmsilçiləri də uğurla çıxış ediblər. Əməkdar mədəniyyət işçisi Gülarə Azfalının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, Elman Talıstanlının rəhbərlik etdiyi İsmayıllı rayonunun  “Aşıqlar” ansamblı və tanınmış balaban ustası, Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun, eləcə də Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və Əli Tapdıqoğlunun çıxışları yerli musiqisevərlərlə yanaşı, festivalın xarici qonaqları tərəfindən də böyük rəğbətlə qarşılanıb.

Şuşada keçirilən bu festival işğaldan azad olunan ərazilərdə həyata keçirilən böyük quruculuq layihələri və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpası kimi mühüm əhəmiyyət kəsb edir.

16052022-01.jpg

16052022-04.jpg

 16052022-02.jpg

 

 

16052022-03.jpg

TÜRKİYƏLİ ALİMLƏR AAB-də QONAQ OLUBLAR
Featured

TÜRKİYƏLİ ALİMLƏR AAB-də QONAQ OLUBLAR

10.06.2022

Türkiyənin Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun əməkdaşı dos. dr. Pınar Fedakar və Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyasının əməkdaşı Ali Hikmet Gökçen bu günlərdə Azərbaycan Aşıqlar Birliyində qonaq olublar. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qonaqları salamlayıb, AAB-nin fəaliyyəti və Azərbaycan aşıq sənətinin bu günü ilə bağlı ətraflı məlumat verib.

Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə Türkiyədə və Azərbaycanda, eləcə də Borçalıda və Cənubi Azərbaycanda aşıq sənətinin bu günkü durumu ilə bağlı maraqlı fikirlər səsləndirilib. Qonaqlar xüsusilə də Borçalı aşıq mühiti, Borçalı aşıqlarının həyat və yaradıcılıqları, Borçalı aşıq havalarının özəllikləri ilə maraqlanıblar.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının da iştitrak etdiyi görüşün sonunda xatirə şəkli çəkdirilib, qonaqlara Azərbaycan aşıq sənəti və eyni zamanda Borçalı aşıq mühitinə aid kitablar hədiyyə olunub.
Görüşdə həmçinin Aşıqlar Birliyinin əməkdaşları – Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı, Şahniyar Mikayıloğlu, Xatirə Vəliyeva və Gülbəyaz Dadaşova da iştirak ediblər.
IMG 20220610 WA0018 copy 800x600
IMG 20220610 WA0017 copy 800x600
 
USTAD BALABANÇI TƏLTİF OLUNUB
Featured

USTAD BALABANÇI TƏLTİF OLUNUB

25.05.2022

Bu günlərdə Azərbaycan aşıq sənətinin inkişafında özünəmxsus xidmətləri ilə seçilən, xüsusilə də balaban sənətinin inkiaşfında böyük xidmətləri olan ustad balabançı Tahir Ziyad oğlu İsgəndərov Azərbaycan Aşıqlar Birliyinin “Fəxri balaban ustası” diplomu ilə təltif olunub.

Fəxri diplomu ustad sənətkara təqdim edən AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı son onilliklərdə respublikamızda balaban sənətinin inkişafına öz töhfəsini vermiş Tahir İsgəndərovun xidmətlərindən danışıb, onu təbrik edib və yeni-yeni sənət uğurları arzulayıb.

Ustad balabançı Tahir İsgəndərov onun sənətinə verilən qiymətə görə Azərbaycan Aşıqlar Birliyinə öz təşəkkürünü bildirib.

IMG 20220525 WA0005

img008 copy 800x581

RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT PROQRAMI HAZIRLANIR
Featured

RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT PROQRAMI HAZIRLANIR

11.05.2022

28 may – Respublika günü münasibəti ilə Azərbaycan Aşıqlar Birliyində xüsusi tədbirlər planı hazırlanıb. Artıq bu istiqamətdə işlərə start verilib.

Həyata keçiriləcək tədbirlərdən biri aşıqların konsert proqramının hazırlanmasıdır. Proqram çərçivəsində dövlətimizə və dövlətçiliyimizə, ölkəmizin müstəqilliyinə və qüdrətli Azərbaycan Ordusuna ithaf olunmuş mahnılar səsləndiriləcək. Belə ki, konsertdə aşıqlardan Qələndər Zeynalov “Qəhrəmanı” (Hüseyn Cavanın “Azərbaycan” şeiri) və “Misri” (“Orduumuz” şeiri), Ruhiyyə Zəngilanlı “Paşaköçdü” (“Ana yurdum, Azərbaycan” şeiri), Əli Pənahoğlu “İrəvan çuxuru” (Aşıq Şəmşirin “Heydərim” şeiri”) və Nərminə Salahova “Hüseyni” (Əkbər Cəfərovun “Azərbaycanım” şeiri) və “Orta müxəmməs” (Aşıq Şakir Hacıyevin “Səhər-səhər” şeiri) havalarını ifa edəcəklər.

Konset proqramı may ayının 28-də “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişində tamaşaçılara təqdim olunacaqdır.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ TƏYİNATLAR
Featured

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ TƏYİNATLAR

07.06.2022

Azərbaycan Aşıqlar Birliyində bölgələrdə yaşayan aşıqların fəaliyyətinə daim böyük diqqət yetirilir, onların yaradıcılıqlarının inkişafına hərtərəfli dəstək göstərilir. Bölgələrlə işin daha  səmərəli təşkili üçün bu günlərdə daha bir uğurlu addım atılıb. 2022-ci il iyun ayının 2-də Birliyin Gəncəbasar və Qazax-Ağstafa-Tovuz filiallarında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının, regional mədəniyyət idarələrinin, yerli icra strukturlarının təmsilçilərinin və aşıqların iştirakı ilə keçirilən toplantılarda bölgələrdə aşıq sənətinin inkişafı və qarşıda duran vəzifələr müzakirə olunub, AAB-nin hər iki filialında təşkilati məsələlər müzakirə olunaraq, yeni təyinatlar həyata keçirilib.

Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar filialına aşıq Elbrus Hüseyn oğlu Hüseynov sədr, Saleh Ələddin oğlu Tağıyev və Elnur Elşən oğlu Əmirov isə onun müavinləri seçiliblər. İclasda həmçinin filialın aşağıdakı bölmələrinə təmsilçilər də təyin olunub: Gəncə şəhər bölməsinə Şöhrət Elman oğlu Kərimov və İlqar Nəcəf oğlu Nəcəfov; Goranboy bölməsinə Elnur Elşən oğlu Əmirov; Daşkəsən bölməsinə Saleh Ələddin oğlu Tağıyev; Kəlbəcər bölməsinə Əhliman Məhəmməd oğlu Allahverdiyev və Əfqan Əvəz oğlu Məmmədov; Göygöl bölməsinə isə Fətulla Əbdüləzim oğlu Əliyev və Ələddin Musa oğlu Süleymanov.

Azərbaycan Aşıqlar Birliyinin Qazax-Ağstafa-Tovuz filialına isə aşıq Camoy Camoy oğlu Qurbanov sədr seçilib. Eyni zamanda Hüseyn Şəmistan oğlu Dərgahquliyev Qazax, Hakim Mikayıl oğlu Zeynalov və Məmməd İsmayıl oğlu Ələsgərov Tovuz, Hüseyn Əziz oğlu Hüseynov isə Ağstafa bölmələri üzrə təmsilçilər seçiliblər.

Hər iki filial və müvafiq bölmələrdə rəhbər vəzifələrə təyinatlar üzrə AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı müvafiq əmr imzalayıb.

WhatsApp Image 2022-06-07 at 11.29.36.jpg

WhatsApp Image 2022-06-07 at 11.29.37.jpg

WhatsApp Image 2022-06-07 at 11.29.361.jpg

WhatsApp Image 2022-06-07 at 11.29.372.jpg

 

ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİNİN YUBİLEYİ  QEYD OLUNUB
Featured

ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİNİN YUBİLEYİ QEYD OLUNUB

23.05.2022

“Əməkdar mədəniyyət işçisi", "Tərəqqi" medalı mükafatçısı Sahibə xanım Abdullayevanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Yubiley tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Millət vəkili Novruzəli Aslanov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, ptofessor Məhərrəm Qasımlı, idarə, müəssisə, təşkilat nümayəndələri, rayon ictimaiyyəti və yubliyarın sənət dostları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Millət vəkili Novuzəli Aslanov Sahibə xanımı təbrik edərək, onun yaradıcılıq yoluna nəzər salıb. Qeyd edib ki, həm respublika, həm də rayon tədbirlərində İsmayıllını layiqincə təmsil edən Sahibə xanıma ən böyük qiyməti ölkə başçısı, Prezident İlham Əliyev verərək onu “Tərəqqi” medalına və “Əməkdar mədəniyyət işçisi” adına layiq görüb. Daha sonra Millət vəkili Sahibə xanıma Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “100 illik yubiley” medalını təqdim edib.

Sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək Sahibə xanımı 65 illik yubileyi münasibətilə təbrik edib, səbəbkara rayonda təşkil olunan mədəni-kütləvi tədbirlərdə iştirakına və 65 illik yubileyi münasibətilə RİH başçısının təşəkkürnaməsini təqdim edib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, ptofessor Məhərrəm Qasımlı yubilyarı təbrik edərək Azərbaycan Aşıqlar Birliyinin fəxri diplomunu təqdim edib.

Tədbirdə həmçinin S.Abdullayevanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Digər çıxış edənlər də yubilyara xoş arzularını çatdırıblar.

  1. S. Abdullayeva ona göstərilən diqqət və qayğıya görə tədbirin keçirilməsində əməyi keçən hər kəsə öz dərin təşəkkür və minnətdarlığını bildirib.

Yubiley tədbirində “Niyal” instrumental və “Aşıqlar” ansamblları rəngarəng konsert proqramı ilə çıxış ediblər.

[bt_slider uid="1653307595-628b78cb26c38" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/282003775_312978611006142_7823224777525019041_n.jpg" title="282003775_312978611006142_7823224777525019041_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/283243459_312978301006173_314208881680645690_n.jpg" title="283243459_312978301006173_314208881680645690_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/283216520_312978251006178_7942502961697710822_n.jpg" title="283216520_312978251006178_7942502961697710822_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/283173701_312978341006169_7617246603577081041_n.jpg" title="283173701_312978341006169_7617246603577081041_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/283353818_312978481006155_4128850231299635591_n.jpg" title="283353818_312978481006155_4128850231299635591_n.jpg" link="" parent_tag="slider"][/bt_slider]

GƏNC AŞIQLARA QAYĞI DAVAM ETDİRİLİR
Featured

GƏNC AŞIQLARA QAYĞI DAVAM ETDİRİLİR

10.05.2022

Artıq xeyli vaxtdır ki, Azərbaycan Aşıqlar Birliyində “Yeni aşıq səsləri” adlı layihə üzərində iş gedir. Layihə çərçivəsində 17-25 yaş arasında olan gənc aşıqlara qayğı və diqqət göstərilir, sənət yollarında ilk kövrək addımlarına atan bu gənclərin ustadlardan hərtərəfli bəhrələnərək gələcəyin kamil sənətkarı kimi yetişmələrinə yardım edilir, onlar efir məkanına çıxarılırlar.

Layihənin növbəti – 3-cü buraxılışında Kəlbəcər rayonundan olan Arif Məmmədoğlu, Şamaxıdan İsgəndər Şirvanlı, əslən Göyçədən olan Ömür Göyçəli, Saatlı rayonundan olan Ələmdar Muğanlı və Ağcabədili Zamin Sərdaroğlunun ifaları “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişində tamaşaçılara təqdim olunacaqdır.

16 -dən səhifə 36

  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ