Azərbaycan aşıqları beynəlxalq folklor festivalına qatılacaq
Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində iyulun sonu, avqustun əvvəllərində keçiriləcək VII “Dağlılar” Beynəlxalq folklor və ənənəvi mədəniyyət festivalında Azərbaycan aşıqları da iştirak edəcək. Azərbaycan Aşıqlar Birliyindən (AAB) AZƏRTAC-a verilən məlumata görə 12 nəfərdən ibarət nümayəndə heyətimiz artıq Mahaçqalaya yola düşüb. AAB-nin katibi Məhəmmədəli Məşədiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə aşıqlardan Əməkdar Mədəniyyət İşçisi Haşım Balasıyev, Qələndər Zeynalov, Dəmir Vəliyev, Nəbi Nağıyev,