Allah Rəhmət eləsin!

AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı başda olmaqla, AAB-nin bütün kollektivi ustad aşıq Yaqub Şıxlının vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.
Allah Rəhmət eləsin!
AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV
AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı başda olmaqla, AAB-nin bütün kollektivi ustad aşıq Yaqub Şıxlının vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.
Allah Rəhmət eləsin!
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail MKS-nin 1 saylı filialında (Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası) filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri, şair Məhərrəm Qasımlı ilə görüş keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, filialın müdiri Gülşən Abbasova professor Məhərrəm Qasımlının həyatı haqqında geniş məlumat verib.
Dekabrın 25-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin (AAB) yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, elm, ədəbiyyat, incəsənət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə AAB-nın dəstəyi ilə işıq üzü görən kitabların sərgisinə baxış olub.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə paytaxtdakı M. Ə.Sabir adına Kitabxanın birgə layihəsoi olan “Məşhurlarla görüş”ün növbəti qonağı Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı olub. Dekabrın 21-də M.Ə.Sabir adına Kitabxanada keçirilən tədbir professor M.Qasımlının – poeziyasevərlərə həm də gözəl şeirlər müəllifi kimi yaxşı tanış olan Orxan Paşanın oxucularla görüşü olmaqla yanaşı, həm də bu yaxınlarda işıq üzü görmüş iki kitabının – publisistik yazıları və zəngin həyat təcrübəsindən doğan düşüncələrindən ibarət “Taleyimdən və ürəyimdən keçənlər” və saz üstə köklənmiş şeirlərinin yer aldığı “Saz başına döndüyüm” kitablarının təqdimatına həsr olunmuşdu.
Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışı işıq üzü görüb. Bu ildən başlayaraq ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin və ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.
Poeziyasevərlərə Orxan Paşa imzası ilə yaxşı tanış olan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının – Orxan Paşanın yeni şeirlər kitabı işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda işıq üzü görmüş “Saz başına döndüyüm” adlı bu kitbda şairin qoşma gəraylıları yer alıb.
Noyabrın 28-də İsmayıllı rayon Mədəniyyət evində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan aşıq mühitinin dövrümüzdəki tanınmış nümayəndəsi, ustad aşıq, Əməkdar Mədəniyyət İşçisi Yanvar Bədəlovun anadan olmasının 75 illik yubileyi qeyd olunub. Əməkdar Mədəniyyət İşçisi, tanınmış folklorşünas alim Elxan Məmmədlinin aparıcılığı ilə keçən tədbirdə yubilyarı təbrik etmək üçün ilk söz İsmayıllı RİH başçısı Mirdaməd Sadıqova verilib.