“SAZ-SÖZ AXŞAMI” VERİLİŞİNİN ƏKS-SƏDASI

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasəti bu gün uğurla davam etdirilməkdədir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər, xüsusilə də, xalqımızın ölməz sənəti olan ozan-aşıq mədəniyyətin yaşadanlara dövlət səviyyəsində qayğı və diqqət gündən-günə öz bəhrəsini verməkdədir. Bu gün sazımız Azərbaycanın hüdudlarından kənara çıxaraq dünyanı dolaşır, bu ölməz sənətə maraq beynəlxalq səviyyədə gündən-günə artır. Azərbaycan dövlətinin, xüsusilə, birinci vitse-prezident Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi isə aşıq sənətinin inkişafına və beynəlxalq miqyasda daha geniş təbliğinə əlavə imkanlar açır.