Bu il Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri və rolu olan ustad aşıq Hüseyn Şəmkirlinin andan olmasının 210 illik yubileyi tamam olur. Dastan və aşıq havalarının yaradılmasında böyük xidmətləri olan görkəmli sənətkarın yubileyinin qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində bir sıra tədbirlər nəzərdə tutulub.
Çoxəsrlik aşıq sənəti ənənələrinə yeni məzmun qazandıran, xalq ruhuyla səsləşən əsərlər yaradaraq həm də Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Aşıq Ələsgərin zəngin poetik irsinə həmişə böyük diqqət göstərilib, əsərləri nəşr olunub, sözləri aşıqlarımızın repertuarında daim mühüm yer tutmaqla yanaşı, bəstəkarların da diqqətini çəkib, mahnılar bəstələnib. Milli-mənəvi dəyərlərimizə həmişə böyük qayğı göstərən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu böyük saz və söz ustadının 150 illik yubileyi respublikamızla yanaşı, Moskvada da tənətənəli şəlikdə qeyd olunub.
1982-ci ilin yanvarında ulu öndər Heydər Əliyev tərəfindən açılan “Molla Pənah Vaqif məqbərəsi uzun illər vaqifsevərlərin ziyarət yeri olmuş və burada “Vaqif poeziya günləri” keçirilmişdir. Təəssüf ki, 1992-ci ildə Şuşa işğal olunduqdan sonra bu memarlıq abidəsi də mənfur ermənilər tərəfindən dağıdılmışdı. 2020- ci ilin payızındakı 44 günlük vətən müharibəsindən sonra oktyabrın 8-də Şuşa da azad olunmuş, Vaqifin məqbərəsi də işğaldan qurtarmışdır. Ötən qısa müddət ərzində M.P.Vaqif məqbərəsi H. Əliyev fondu tərəfindən yüksək səviyyədə bərpa olunmuşdur. 2021-ci il avqust ayının 29-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva bərpa olunmuş məqbərəni açmışlar. Avqustun 30 və 31-də isə məqbərə önündə Vaqif poeziya günləri keçirilmişdir Prezident İlham Əliyevin giriş sözü ilə açılan mərasində tanınmış ziyalılar, şair və yazıçılar iştirak etmişlər.
Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Moderator.az-ın əməkdaşı bu münasibətlə bir neçə sənət adamının fikirlərini öyrənib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Mehriban xanımın aşıq sənətinə göstərdiyi diqqət və qayğıdan söz açaraq onu doğum günü münasibətilə təbrik edib:
Şirvan aşıq ifaçılıq məktəbinin babası ucalığında duran ustad sənətkar Mirzə Bilalın 2022-ci ildə 150 illik yubuleyi keçiriləcəkdir. Bu məqsədə Aşıqlar Birliyində görkəmli ustad aşığın yubileyi ilə bağlı hazırlıq işlərinə başlanmışdır. Nəvəsi Babək Şəfi oğlunun hazırladığı “Mirzə Bilal: şeirlər, əhvalatlar və xatirələr” kitabı tamamlanmaqdadır. Bundan əlavə Mirzə Bilalın şeirləri və bəstələdiyi saz havaları ayrı-ayrı aşıqların ifasından yazıya alınaraq xüsusi tərtibatlı yubiley albom diskinin buraxılması üçün də lazımı işlərə başlanılmışdır.
Az toplanan, nəşr olunan və diqqətdən kənarda qalan Muğan bölgəsinə məxsus saz-söz örnəklərinin işıq üzü görməsi Aşıqlar Birliyinin əhəmiyyət verdiyi məsələlərdəndir. Bununla bağlı filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının hazırladığı ”Muğan aşıqları və el şairləri” antoloji toplu artıq tamamlanmaq üzrədir. Əməkdar elm xadimi professor Məhərrəm Qasımlının elmi məsləhəti olduğu bu topluda otuzdan yuxarı aşıq və el şairinin sinəsindən yadigar qalan qoşma, gəraylı, müxəmməs,divani və dastanlar işıq üzü görəcəkdir.
Antoligiya bu ilin sonlarında oxucu auditoriyasına təqdim olunacaqdır.
Ustad sənətkar Aşıq Hüseyn Şəmkirlinin 210 illiyi ilə bağlı Azərbaycan Aşıqlar Birliyində lazımı işlər görülməkdədir. Bu münasibətlə AzTV-nin Mədəniyyət kanalında yayımlanan “Saz-söz axşamı” verilişində iyun ayında Aşıqlar Birliyində hazırlanmış ayrıca proqram təqdim olunmuş, ustadın şeirləri və bəstələdiyi saz havalar tamaşaçı auditoriyasına çatdırılmışdır.