“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI USTAD AŞIQ MƏMMƏDAĞA BABAYEVƏ HƏSR OLUNUB

Bu il Şirvan aşıq mühitinin görkəmli nümayəndələrindən olan ustad aşıq Məmmədağğa Babayevin anadan olmasının 90 illik yubiley ilidir. Ustad aşıqların yaradıcılığına və onların yubileylərinin yüksək səviyyədə qeyd edilməsinə hər zaman böyük önəm verən və bunun üçün əlindən gələni əsrigəməyən Azərbaycan Aşıqlar Birliyi Azəbaycan aşıq sənətinin, o cümlədən də Şirvan aşıq ifaçılıq məktəbinin görkəmli simalarından biri olan Məmmədağa Babayevi də unutmayıb, onun 90 illik yubileyinin layiqincə qeyd olunması üçün ayrıca tədbirlər planı hazırlayıb.